Millinin heyətində zədələnən “Neftçi”nin futbolçusu Məqsəd İsayevin son durumuna aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, gənc müdafiəçinin ayağındakı zədə ciddi deyil.
İsayevin ayın 6-dan etibarən komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Məqsəd İsayevdən başqa, Elvin Yunuszadə də millinin düşərgəsində zədələnmişdi və onun zədəsi də ciddi deyil.