Kateqoriyasız

“Neftçi” “Dinamo”nu keçsə… – II təsnifat mərhələsindəki potensial rəqibləri

“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqiblərinin sayı azalıb.

UEFA sabahkı püşkatma ərəfəsində komandaları qruplara bölüb.

“Neftçi” – “Dinamo” (Tbilisi) cütü II qrupda səpələnməmişlər səbətində yer alıb. Təmsilçimiz Gürcüstan klubunu keçsə, 2-ci təsnifat mərhələsində “Olimpiakos” (Yunanıstan), “Srvena Zvezda” (Serbiya) və ya “Teuta” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibinə rəqib olacaq.

Sabah keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43