05 Avqust 2021
Ölkə futbolu

“Neftçi” “Dinamo”nu məğlub etdi – Yenilənib

“Neftçi” Çempionlar Liqasında mübarizəyə başlayıb.

Təmsilçimiz I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə qarşılaşıb. Boris Payçadze adına “Dinamo Arena”da keçirilən qarşılaşma “ağ-qaralar” 2:1 hesabı ilə qələbə qazanıb.

Komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi (ilk oyun)

7 iyul

20:00. “Dinamo” Tbilisi (Gürcüstan) – “Neftçi” (Azərbaycan) – 1:2
Qollar: Maruşiç, 36 – Namiq Ələsgərov, 23, Emin Mahmudov, 57

Baş hakim: David Fuksman (İsrail)
Tbilisi. Boris Payçadze “Dinamo Arena”

“Dinamo”: 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Georgi Qabedava, 12. Levan Xarabadze, 15. Georgi Papava (k), 19. Simon Qbeqnon, 21. Georgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani
Ehtiyat oyunçular: 13. Omar Migineişvili, 3. Aleksandr Kalandadze, 5. Davit Koburi, 17. Tornike Axvlediani, 18. Barnes Osey, 24. Nodari İaşvili, 25. Tornike Morçiladze, 27. Anzor Mekvabişvili, 38. Nodari Kavtaradze
Baş məşqçi: Kaxaber Sxadadze

Neftçi: 30. Aqil Mammadov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 20. Mert Çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Yığmamız qara sarğıda – FOTO

admin

Dino Ndlovu: “Məni komandaya qol vurmağa dəvət ediblər”

admin

“Sabah” Fofana ilə 3 illik müqavilə imzaladı

admin