Kateqoriyasız

Çempionlar Liqası: “Neftçi” növbəti mərhələdə!

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Neftçi” bu gün birinci təsnifat mərhələsinin cavab görüşündə “Dinamo”(Tbilisi) ilə üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Samir Abasovun komandası ilk görüşdə qələbə qazandığından bu matçda istənilən hesablı heç-heçə də qane edirdi.

Bakı klubu cavab matçında da rəqibini məğlub etməyi bacarıb.

Xatırladaq ki, Gürcüstanda keçirilən ilk görüşdə “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.

“Neftçi” II təsnifat mərhələsində Yunanıstan çempionu “Olimpiakos”la qarşılaşacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi (cavab oyunu)

21:00 “Neftçi”(Azərbaycan) – “Dinamo”(Tbilisi, Gürcüstan)   2:1
Qollar: Emin Mahmudov, 58 (pen.), Namiq Ələsgərov, 68 – Milan Radin, 52


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43