Kateqoriyasız

“Neftçi” elə də cəlbedici komanda deyil” – “Şkupi”nin qapıçısı

“Neftçi” güclü olsa da, elə də cəlbedici komanda deyil”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şkupi”nin qapıçısı Kristian Naumovski deyib.

O, Şimali Makedoniya klubunun rəsmi saytına açıqlamasında “Neftçi” ilə qarşıdakı oyunla bağlı danışıb. 32 yaşlı qolkiper rəqibi hərtərəfli öyrəndiklərini bildirib: “Onları yaxşı analiz etmişik. Matça köklənmişik. Bakıya gedəcəyik və əlimizdən gələni etməyə hazırıq. Start heyətdə və ehtiyat oyunçular skamyasnda kimin olacağı vacib deyil. Meydanda olan oyunçuların 90-95 dəqiqə hər şeyi verməsi vacibdir. Hər görüşdə qələbə qazanmaq istəyirik, “Neftçi”, “Pelister” və ya “Vardar” olsun, bizim üçün rəqibin fərqi yoxdur”.

Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43