“Neftçi”nin kapitanı Emin Mahmudov Misli Premyer Liqasının 16-cı turunun “Sumqayıt”la matçında da iştirak edə bilmyəcək.
İdmanxeber.az-a daxil olan məlumata görə, buna səbəb futbolçunun hələ də zədəli olmasıdı. Təcrübəli yarımmüdafiəçi zədəsini sağaltmayıb. Məhz buna görə də o, bir müddətdi komandayla birgə son məşqlərdə iştirak etmir. Müayinədən sonra həkimlər hələ ki, futbolçunun meydana çıxmasını riskli görür.
Onun ilin sonuna kimi meydana çıxıb-çıxmayacağı da sual olaraq qalmağdadı.