25 Noyabr 2024
Ölkə futbolu

“Neftçi” “Fənərbağça”ya məğlub oldu – YENİLƏNİB

“Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Adrian Mutunun baş məşqçi olduğu kollektiv Türkiyə təmsilçisi “Fənərbağça” ilə üz-üzə gəlib.

“Smena” stadionunda baş tutacaq qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Fənər”in matçdakı yeganə qolunu Edin Ceko vurub.

“Ağ-qaralar” ilk matçda Rusiya “Zenit”inə 1:3, daha sonra Serbiyanın “Srvena Zvezda” komandasına 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, “Neftçi” iyulun 18-də yoldaşlıq oyununda Moskva “Spartak”ı ilə görüşəcək. 

“Matç TV’ turniri

15:00 “Neftçi” – “Fənərbağça” 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43