“Bu mövsüm ən zəif oyunumuzu “Neftçi” ilə görüşün ilk yarısında göstərdik. Son matçda meydana çıxan bütün futbolçularımızı İstanbula gətirmişik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri HİK-in baş məşqçisi Toni Koskela Avropa Liqasının pley-off mərhələsinin “Fənərbaxça” ilə matçından əvvəl keçirilən mətbuat konfransında deyib.
finlandiyalı mütəxəssis “Neftçi” haqda da dnaışarkən daha sonra sözlərinə belə davam edb:
“Malmö” və “Fənərbaxça” güclü kollektivlərdi. “Neftçi” və “Fənərbaxça”nı müqayisə etsək, türk klubunun açıq futbol oynadığını və Bakı komandasının onlardan açıq-aşkar zəif olduğunu söyləmək mümkündü. Amma “Fənərbaxça” ilə oyuna hazırlaşmaq çətin olmadı, çünki onların oyununu daha yaxşı bilirik”.