Kateqoriyasız

“Neftçi” fanatları “Böyük oyun”a hazırdı: “Mayın 28-dən buyana 19 qol buraxan klubdan niyə qorxmalıyıq ki?”

Premyer Liqanın IV turu çərçivəsində iki barışmaz rəqib – “Xəzər Lənkıəran” və “Neftçi” münasibətlərə aydınlıq gətirəcəklər.

“Böyük oyun”a paytaxt klubunun “Forza” azad azarkeş qrupu ciddi hazırlaşır. 

Qrupun rəhbərlərindən olan Oktay Ağazadə idmanxeber.com saytına verdiyi açıqlamada bunları deyib:

“Xəzər Lənkəran”la oyuna çox güman ki, bir və ya iki avtobusla yola düşəcəyik. Bundan əlavə birləşmiş tərədar qrupu ilə yola çıxmaq fikirimiz var. O ki qaldı banner aparmağımıza, orada hər şey fərqlidi. Heç nə içıəri biraxmırlar. Heç “Neftçi”ni dəstəkləyən, qrupun adını daşıyan bannerləri belə içıəri buraxmırlar”.

Qrup başçısı daha sonra Lənkəranda baş verə biləcək insidentlə bağlı isə bunları dedi:

“Biz Allahdan başqa heç kimdən qorxmuruq. Necə qarşılanma olacaq, elə də cavab verıəcəyik Birdə ki, mayın 28-dən buyana 19 qol buraxan klubdan niyə qorxmalıyıq ki?”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43