Kateqoriyasız

“Neftçi” Fransadan hücumçu transfer edir

Ölkəmizi Avropa Liqasında təmsil edən “Neftçi”  Fransa II liqa təmsilçisi “Şatoru”dan ayrılan Şeyk Diarraya təklif göndərib.

İdmanxeber.az-ın “Ajansspor”a istinaən verdiyi məlumata görə,  “ağ-qaralar” malili hücumçuya illik 200 min avro maaş ödəməyə hazırdı.

28 yaşlı futbolçu daha əvvəl Fransada “Renn”, “İstr”, “Oser”, “Paris” və “Tur” klublarının da formasını geyinib. Diarra 2018-ci ildən çıxış etdiyi “Şatoru”da 25 oyun keçirib və 3 qol vurub. Mali millisində oynamış hücumçu Fransa II liqasında ümumilikdə keçirdiyi 190 oyunda 41 qol vurub, 19 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43