Kateqoriyasız

“Neftçi” fransalı futbolçu transfer edir

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Neftçi” növbəti transferini reallaşdırmaq üzrədi.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Fransanın “Havr” klubunun yarımmüdafiəçisi Roman Baskı heyətinə qatır. Fransalı oyunçu ilə 2 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, “Neftçi” 26 yaşlı futbolçu üçün təzminat da ödəyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43