Kateqoriyasız

“Neftçi” fransalı futbolçu transfer etdi

“Neftçi” fransız müdafiəçi Romen Baskı transfer edib.

26 yaşlı futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb. Məlumatı klubun saytı yayıb.

Yarımmüdafiəçi mövqeyində də çıxış edən yeni futbolçu komandanın heyətində 14 nömrəli formanı geyinəcək.

Romen Bask Fransanın “Keviyi Ruan” (2014-2018) və “Havr” (2018-2021) klublarında çıxış edib. Sonuncu Liqa 2 mövsümündə “Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub.

“Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares və Xəyal Nəcəfovu transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43