18 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi” Futbol Mərkəzində inzibati binanın təmirinə başlanıldı

“Neftçi” klubunun Bakıxanov qəsəbəsində yerləşən Futbol Mərkəzində inzibati binanın əsaslı təmir-bərpa işləri başlanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Bakı klubu sosial şəbəkə vasitəsilə məlumat yayıb.

Bildirilib ki, binanın birinci mərtəbəsində fitnes, fizioterapiya, massaj, paltardəyişmə, videoanaliz üçün otaqlarda, eləcə də yeməkxana və hamam otağında tikinti işləri aparılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43