27 Oktyabr 2024
Ölkə futbolu Premyer Liqa

“Neftçi” heç-heçə etdi, “Qarabağ” qalib gəldi- YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XI tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, günün ilk matçında “Sabah” “Neftçi”ni qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.

Günün digər görüşündə “Şamaxı” “Qarabağ”ın qonağı olub. Qarşılaşmadan Ağdam təmsilçisi qalib ayrılıb – 3:0.

Misli Premyer Liqası
XI tur
27 oktyabr (bazar)

17:00. “Sabah” – “Neftçi” 0:0
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev
“Bank Respublika Arena”

19:00. “Qarabağ” – “Şamaxı” 3:0

Qollar: Toral Bayramov, 50 – penRedon Cica, 66, Yassin Benzia, 84

Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı
“Tofiq Bəhramov stadionu”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43