Azərbaycan Premyer Liqasında bu gün XIV tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, son gündə iki oyun keçirilib.
İlk olaraq “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib. Adrian Mutunun kollektivi son dəqiqələrdə buraxılan qolla qələbəni əldən verdi -1:1.
Bu nəticənin ardından “ağ-qaralar” 19 xalla 6-cı, “Araz Naxçıvan” isə 21 xalla beşincidir.
Tura Sumqayıtda yekun vurulub. Şəhərin eyniadlı komandası “Zirə” ilə heç-heçə edib -0:0. Qəsəbə təmsilçisi bu nəticə ilə 28 xalla ikinci pilləyə geriləyib. “Kimyaçılar” isə 22 xalla 3-cü sıraya yüksəlib.
Premyer Liqa
XIV tur
26 noyabr (bazar)
15:30. “Neftçi” – “Araz-Naxçıvan” 1:1
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Neftçi Arena”
18:00. “Sumqayıt”– “Zirə” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”