Kateqoriyasız

“Neftçi” Helsinkidə dəstəksiz qalmayacaq – açıqlama

Bu gün Avropa Liqasında 3-cü mərhələnin cavab oyunları çərçivəsində “Neftçi” Finlandiyada HİK-i qonağı olacaq.

Təmsilçimiz bu görüşdə dəstəksiz qalmayacaq. Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev İdmanxeber.az-a bildirib ki, pandemiya səbəbindən qonaq komandanın azarkeş aparmaq qadağasına rəğmən “Neftçi”nin axşamkı qarşılaşmada dəstəksiz qalmayacağına ümid edir:

“Biz səfər komandası olaraq azarkeş gətirməyə icazəmiz yoxdu. Eşitdiyimizə görə, burda yaşayan azərbaycanlılar bilet alıblar və komandaya dəstək vermək üçün stadionda olacaqlar. Saylarının 50-ə yaxın olacaqlarını eşitmişik. Tam dəqiq məlumat deyil. Ümid edirik ki, komandamız Helsinkidə dəstəksiz qalmayacaq”.

Qeyd edək ki, HİK – “Neftçi” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43