İdman

“Neftçi” heyətini iki oyunçu ilə gücləndirib

“Neftçi” iranlı futzalçılar Ali Mikaeli və Beyhaz Hassanzade ilə anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, birvaxtlar “Xəzər Cənub” və “Araz-Naxçıvan”ın uğurları üçün çalışan Mikaeli Tacikstan çempionatında “Soro compony” ilə qızıl medal qazanıb.

Behzad Hassanzade isə 2018-19-cu il mövsümündə “Xəzər Cənub”la Azərbaycan çempionatının gümüş medallarını qazanıb. Bakıya gələnə qədər Təbrizin “Rəhsu” klubunda çıxış edib.

Qeyd edək ki, “qış transfer pəncərəsi” zamanı komandanı Emin Kürdov, Rüstəm Bağırov, İbrahim Zelynalov və Kənan Manafov tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43