İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında atletika üzrə Avropa çempionatı başa çatıb.
İdmanxeber.com-un məlumatına görə, “Neftçi İdman Klubu” İctimai Birliyinin atleti Nazim Babayev üçtəkanla tullanmada 30 illik rekordu qıraraq (17.04 metr) qızıl medal qazanıb. Bununla Nazim Babayev 2016-cı ildə Rio-2016 Olimpiya Oyunlarına lisenziya qazanmış olub.
Xatırladaq ki, 20 yaşlı atletimiz iyunun 22-də Bakıda keçirilən I Avropa Oyunlarında da üçtəkanla tullanmada birinci olmuşdu.
Qeyd edək ki, Babayev Şərqi Almaniyalı idmançı Volker Mainin 25 avqust 1985-ci ildə 16.93 metirlik rekordunu təzələyib.