Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Milli komandamızın heyətində yer alan “Neftçi İdman Klubu”nun cüdoçuları Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) reytinq cədvəlində liderliyini qorumağı bacarıblar. Onlar öz çəkilərində yenə də hamıdan öndədi. “Neftçi İdman Klubu”nun daha bir üzvü Elmar Qasımov (100 kq) isə 2-ci yerdə gedir.
Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.
mənbə: neftchi.org