27 Sentyabr 2022
Kateqoriyasız

“Neftçi” ilə oyun daha da yaxşı keçəcək” – “Rapid”in futbolçusu

“Çox yaxşı oyun göstərdik. Belə də davam etməliyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Rapid” (Vyana) komandasının futbolçusu Qvido Burqştaller evdə Lustenau “Austriya”sı ilə 1:1 heç-heçə etdikləri Avstriya Bundesliqasının III tur matçından sonra deyib. O, daha sonra belə davam edib:

“Bu görüşdəki imkanları yarada bilsək, “Neftçi” ilə oyun daha da yaxşı keçəcək. Çalışıb bunun öhdəsindən gəlməliyik”.

Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Bakıdakı ilk qarşılaşmasında “Rapid”ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

UEFA “Qarabağ”a yenə pul verdi

admin

“Necə olacağını zaman göstərəcək” – Rəşad Sadıqov

admin

İlk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda

admin