27 Sentyabr 2022
Kateqoriyasız

“Neftçi” ilə oyuna yüksək motivasiya ilə gəlirlər

“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Rapid” Avstriya Bundesliqasında növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına gorə, Vyana təmsilçisi 2-ci tur çərçivəsində səfərdə “Avstriya Klagenfurt”la qarşılaşıb. İlk hissənin qolsuz başa çatdığı oyunun ikinci yarısında “Rapid” Burguştallerin penaltidən vurduğu qolla 3 xalı aktivinə yazdırıb.

Komanda 2 turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.

“Neftçi” – “Rapid” oyunu avqustun 4-də Bakı vaxtı ilə saat 21:00-da “Bakcell Arena”da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Gerye yeni klubu ilə müqavilə imzaladı, karantinə alındı

admin

“Qarabağ” Azərbaycanı irəli apardı

admin

“Neftçi”də gözlənilən iclas: Büdcə və yeni baş məşqçi bu tarixdə bilinəcək

Səxavət Qurbanov