Ölkə futbolu

“Neftçi” ilə matçlarda şanssızlıq anları çox olur”

“Azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər komandamızın yanında idilər. Bu, gələcək oyunlar üçün motivasiyadır. Maraqlı oyun keçdi. Qollarımızı vura bilmədik. “Neftçi” ilə matçlarda şanssızlıq anları çox olur. Daha çox qol epizodlarını bu matçlarda yaradırıq. Bunun üzərində işləməliyik. Dinamik matç keçdi. Təəssüf ki, uduzduq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov “Neftçi” oyunu (0:1) sonrası deyib. O, daha sonra belə davam edib:

“Bu mövsüm dörd dəfə “Neftçi” ilə qarşılaşmışıq. Bəzi şeyləri analiz etməyə dəyməz. Dediyimiz səhvlər var ki, qalib gəlmək üçün onları minimuma endirməliyik. Futbolçular bəzi şeyləri meydanda daha yaxşı icra etməyə başlayanda daha da yaxşı olur. Çox futbolçunun potensialını bilirik. Oyun intizamı futbolda çox önəmlidir. Son məğlubiyyətlərə səbəb odur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43