27 Fevral 2025
Ölkə futbolu

“Neftçi” ilə oyun öncəsi bölgə klubunda ciddi itkilər

“Kəpəz” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçına itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, komandanın iki oyunçusu – Rauf Hüseynli və Mahamadu Ba “Neftçi”yə qarşı oynamayacaq. Hüseynli sarı vərəqə limitini doldurduğu üçün cəzalıdı, Ba isə zədələnib.

İki futbolçu da “ağ-qaralar”a qarşı görüşü kənardan izləyəcək.

“Neftçi” – “Kəpəz” qarşılaşması sabah saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43