Premyer Liqanın XI turu çərçivəsindəöz meydanında “Neftçi”ni qonaq edəcək “Simurq” bu oyunda bir futbolçusunun xidmətindən məhrum olacaq.
Zaqatala klubu “Neftçi” ilə matçda “Xəzər Lənkəran”la oyunda (1:2) sarı kart alan Rəşşad Eyyubovun xidmətindən istifadə edə bilməyəcək. Bu barədə idmanxeber.com saytına klubun mətbuat xidmətindən məlumat verilib. Kart limiti dolan Eyyubov son çempionla matçı buraxmalı olacaq.