Həftəsonu “Neftçi”ylə vacib oyuna çıxacaq “İnter” bu matçda aparıcı üzvü Ruslan Əmircanovun xidmətindən məhrum olacaq.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, “bankirlər”in vitse-kapitanının zədəsi var. Onun bu matça kimi sağalacağı bildirilsə də, bu baş tutmayıb və böyük ehtimalla Ruslan sabiq klubuna qarşı bu dəfə forma geyinə bilməyəcək.