Premyer Liqanın VIII turu çərçivəsində sentyabrın 28-də “Neftçi” ilə qarşılaşacaq “Qarabağ”da üzlər gülür.
Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, Ağdam təmsilçisinin VII turda “Simurq”la qarşılaşmada zədə ucbatından meydana çıxa bilməyən iki futbolçusu – Rəşad Sadıqov və Ulrix Kapolonqo derbidə komandalarına kömək edə biləcəklər.
Hər iki futbolçunun yüngül zədəsi var idi və sözügedən futbolçular demək olar ki, sağalıblar.