08 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” ilə oyun öncəsi “Qarabağ”da Leroy müəmması

Azərbaycan Premyer Liqasının 32-ci turunda “Neftçi”ni qəbul edəcək “Qarabağ” klubu qarşıdakı derbi oyuna hazırlaşır.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bazar günü “Simurq”la qarşılaşdıqdan sonra Bakıya dönən komanda bazar ertəsi istirahət edib.

Çempionatın lideri günün yeganə çalışmasını 17:30-da, Suraxanı qəsəbə stadionunda  keçəcək. “Qarabağ”da cəzalı futbolçu olmasa da “Simurq”la oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Corc Leroyun ağrıları davam edir. Hollandiyalının derbiyə qədər hazır olub-olmayacağı  bəlli deyil.

Qeyd edək ki, bazar günü Tofiq Bəhramov adına respublika stadionunda kedçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43