23 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” ilə oyun üçün 22 futbolçu

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Maltanın “Baltsan” klubu təmsilçimizlə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

İdmanxeber.com-un məlumatına görə,  baş məşqçi Oliver Spiteri 22 futbolçunun xidmətindən yararlanmağa çalışacaq.

Qapıçılar: 1. Kristian Kassar, 12. Mixail Skiberras, 32. İvan Yanyuşeviç

Müdafiəçilər: 4. Castin Qrioli, 5. Samir Arab, 11. Stiv Bezzina, 23. Elkin Serrano, 50. Bruno Siqlio De Oliviera, 66. Daniel Spiteri

Yarımmüdafiəçilər: 6. Rayan Feneş, 8. Pol Feneş, 10. Dilan Qrima, 16. Kliv Brinkat, 18. Anderson Fransisko de Barros, 19. Ceymi Zerafa, 20. Terens Agius, 88. Sin Kipriot

Hücumçular: 7. Lidon Misallef, 9. Borke Manevski, 14. Pol Lapira, 17. Alfred Effionq, 86. Boyan Kalyeviç

Qeyd edək ki, komandalar arasında ilk oyun iyunun 30-da Paolada keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43