08 Avqust 2022
Ölkə futbolu

“Neftçi” irəlilədi, “Qarabağ” mövqeyini qorudu

UEFA-nın klub reytinqi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizdən ən yaxşı nəticə “Qarabağ”dadır. Ağdam klubu 21.500 xalla 65-ci yerdə qərarlaşıb. Çempionumuz mövqeyini qoruyub.

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Neftçi” isə siyahıda irəliləyib. “Ağ-qaralar” 9000 xalla 200-cü sıradan 145-ci yerə yüksəlib. “Flaqman” bu mövqedə 5 komanda ilə birgə yer tutub.

286-cı yerdəki “Qəbələ”nin 4000, 303-cü pillədəki “Şamaxı”nın 3000 xalı var.  Zirə”, “Səbail”, “Sumqayıt” isə 2,775 xalla 345-ci sıradadır

Qeyd edək ki, cədvələ 116,000 xala malik “Mançester Siti” başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Neftçi”də rəqabət var” – Sabir Buqrin

admin

Moldova millisinin üzvü “Neftçi”də – rəsmi

admin

Qriqorçuk Cavid Hüseynovdan danışdı: “Şikayətlənməyə dəyməz”

admin