05 Noyabr 2024
Müsahibə

“Neftçi” İtaliyaya rahat yollanmışdı, amma biz…” – MÜSAHİBƏ

“Qarabağ”ın futbolçusu Maksim Medvedev “Neftçi” ilə oyundan sonra idmanxeber.com saytına müsahibəverib.

Sevinirik. “Neftçi” layiqli rəqibdi və bu gün vacib 3 xal qazandıq. Hesab 3-0 olandan sonra rahatlaşdıq.  İstəmədik çox özümüzü yoraq. Ancaq elə oldu ki, çox keçmədən Nfor hesab arasındakı fərqi azaltdı. 

– Əgər qarşıdan “İnter”lə oyun gəlməsəydi “Qarabağ” daha böyükhesablı qələbə qazana bilərdimi?

Hər şey ola bilərdi. Ola bilərdi ki, biz daha pis çıxış edə bilərdik. Açığı biz oyunlara çıxanda özümüzü qoruyuruq. Çox baş sındırmaq da olmur. Çünki bilirik ki, bizi Avroliqa matçları da gözləyir. Zədədən qaçmaq üçün özümüzü qoruyuruq. Bütün gücümüzü qoymuruq. 

– Qarşıdan “İnter”lə oyun gəlir. Bu haqda nə deyərdin?

“İnter” tanınmış bir komandadı. Mübarizə aparmağa gedirik. Öz oyunumuzu oynaya bilsək istəyimizə çata bilərik.

– Bugün məğlub etdiyiniz “Neftçi” “İnter”dən İtaliyada  xal almışdı. Bunu “Qarabağ”dan gözləmək olarmı?

O vaxtı “Neftçi” daha yaxşı çıxış edirdi. “İnter” səfərinə də rahat yollanmışdılar. Daxili çempionatda işləri yolunda gedirdi. İtaliyaya rahat yollanmışdılar. Biz də ora boş yerə getmirik. Ən azından mübarizə aparmağa, öz oyunumuzu göstərməyə gedirik. Real baxmaq lazımdı, “İnter” çox güclü komandadı.

– Əgər Çumbinyo və Dias zədəli olmasaydı daha iddialı açıqlamalar verərdiniz, yoxsa…?

Yox. Çumbinyo və Dias yoxdusa bu o demək deyil ki,  bizdə oyunçu yoxdu. Çumbinyo yoxdu onun mövqeyində Riçard Almeyda oynadı və biz “Neftçi”yə 3 qol vurduq. Ola bilsin Çumbinyo və Dias oynasaydı biz “Neftçi”yə uduza da bilərdik. Hər şey ola bilərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43