Azərbaycan kubokunda “Kəpəz” səddini keçərək yarımfinala yüksələn “Neftçi” futbolçuları mükafatsız qalmayacaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, komandanın hər bir üzvü 3000 manat “premya” alacaq.
Hər iki görüşdə qələbə qazanan “Neftçi” futbolçularına bu mükafat “Sabah”la yarımfinal matçına kimi ödəniləcək.
Əsas heyətdə meydana çıxanlar bu məbləğin hamısını, sonrada meydana girənlər isə 75 faizini əldə edib.
Ümumiyyətlə Gəncə klubu ilə oyunda oynayamayan oyunçuların hər birinə isə 1500 manat mükafat veriləcək.