Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Kəpəz” “Neftçi”ni qəbul edib. Oyun “ağ-qaralar”ın qələbəsilə başa çatıb – 2:0.
Tərəflər arasında cavab oyunu ayın 28-də baş tutacaq.
Günün digər matçında isə “Sumqayıt” “Sabah”ın qonağı olacaq. Bu oyunun start fiti 18:30-da veriləcək.
5 fevral (çərşənbə)
Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
16:00. “Kəpəz” – “Neftçi” 0:2
Qol: Ağadadaş Salyanski, 34 (1:0), Yuri Matias, 69 (2:0)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov, Rəvan Həmzəzadə (VAR), Nicat İsmayıllı (AVAR)
Tovuz şəhər stadionu.