Ölkə futbolu

“Neftçi”, “Karvan” və “Qarabağ”ın bacardığı…

“Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl 3-cü dəfə 5 və ya daha çox top fərqi ilə qalib gəlib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, 8-ci turda “Keşlə”ni 6:1, 9-cu turda “Neftçi”ni 6:0 hesabı ilə üstələyən Qurban Qurbanovun komandası 10-cu turda “Sumqayıt”ı məğlubiyyətə uğradıb – 6:1. Bu, klub tarixində ilk belə haldır ki, ardıcıl üç görüşdə 5 və ya daha çox top fərqli qalibiyyət əldə olunur.
Azərbaycan çempionatları tarixində isə bunadək 2 dəfə belə seriya qeydə alınıb. Bunu bacaran ilk komanda “Neftçi” olub. Bakılılar 1996/97 mövsümündə OİK-i (indiki MOİK) 9:0, “Şəmkir”i 5:0, Azərbaycanın U-18 yığmasını (sonrakı “Şəfa”) 7:1 hesabı ilə məğlub edib. Bu seriya zamanı ümumi top fərqi 21:1-ə bərabər olub.

2005/06 mövsümündə bu rekordu “Karvan” təkrarlayıb. Yevlax təmsilçisi “Göyəzən”lə MOİK-i eyni – 5:0, “Kəpəz”i 7:1 hesabı ilə üstələyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43