“Neftçi” daha bir futbolçusu ilə yolları ayırıb.
İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı müdafiəçi Slavko Braliçlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, “Neftçi” Braliçlə keçən ilin yayında 1 illik müqavilə bağlamışdı. O, bu mövsüm “ağ-qaralar”ın heyətində 13 oyunda meydana çıxıb.