Kateqoriyasız

“Neftçi” Macarıstan klubu ilə qarşılaşacaq

“Neftçi”nin təlim-məşq toplanışında keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Komanda iyunun 25-də  Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq. “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan “ağ-qaralar” toplanış çərçivəsində iyunun 21-də yerli “Olimpiya” (Lyublyana), 29-da isə Moskva “Spartak”ı ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43