Toplanışını Antalyada davam etdirən "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu bu gün Rumıniyanın "Petrolul"u ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Petrolul"u hazırda "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik çalışdırır.
18:00. "Neftçi" – "Petrolul" 1:0
Qol: Denis Silva, 36 (1:0)