"Neftçi" klubu Avoliqanın pley-off mərhələsinin "Partizan"la cavab görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda keçirməkdən imtina edib.
İdmanxeber.com-un klubdan aldığı məlumata görə, klub rəsmiləri Tofiq Bəhramov adına Respublika stadionunun heç də yaxşı vəziyyətdə olmayan ot örtüyü "Qarabağ" – "Tvente" oyunundan sonra daha bərbad hala düşüdüyünü səbəb kimi göstərərək matçın Tofiq Bəhramov adına Respublika stadionunda deyil, "Bakcell Arena"da keçirilməsi üçün UEFA-ya müraciət ünvanlayıb.