Kateqoriyasız

“Neftçi” nigeriyalı futbolçu transfer etdi

“Neftçi” klubu daha bir futbolçu transferini rəsmiləşdirib. 

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı Yusuf Laval ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 22 yaşlı cinah yarımmüdafiəçisi 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, ilk klubu “Lions” (Nigeriya) olan Yusuf Laval 2017 – 2020-ci illər ərzində Belçikanın “Lokeren” klubunun heyətində 22 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43