Kateqoriyasız

“Neftçi” nigeriyalı hücumçu transfer edir

“Neftçi” axtardığı hücumçunu tapıb.

“Ağ-qaralar” Albaniyanın “Partizani” klubunun forvardı Teofilus Solomonla anlaşıb. Paytaxt təmsilçisi 24 yaşlı oyunçu ilə bütün məsələlərdə razılığa gəlib. Tərəflər yaxın zamanda münasibətləri rəsmiləşdirəcək.

Karyerasına ölkəsində başlayan nigeriyalının Avropada ilk klubu Xorvatiya “Riyeka”sı olub. O, müxtəlif vaxtlarda icarə əsasında bu ölkədə “Pomorats”, “Zadar”, “Sibenik”, “İstra”, Serbiyada “Partizan”, Kiprdə “Omoniya”da oynayıb. Daha sonra Xorvatiyada “Zapreşiç”ə keçən forvard 2019-cu ilin qışında Macarıstan “Uypeşt”inə, həmin ilin yayında isə son klubu “Partizani”yə transfer olunub. O, Tirana təmsilçisinin heyətində Çempionlar Liqasının 2019/20 mövsümündə “Qarabağ”a qarşı Bakıdakı oyunda (2:0) forma geyinib.

Solomon bu mövsüm ümumilikdə 13 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib. Teofilus Nigeriya U-23 millisində 1 oyun keçirib.

Futbolpress.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43