“Neftçi” Azərbaycan Premyer Liqasının II turunun “Səbail”lə oyununa ciddi itkilərlə çıxacaq.
İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın heyətində müdafiəçi Azər Əliyev və yarımmüdafiəçi Eddi İsrafilov zədə səbəbindən görüşü buraxacaqlar.
Sağ cinah müdafiəçisi Ömər Buludovun vəziyyəti isə matç saatında bəlli olacaq.
Qeyd edək ki, avqustun 14-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.