08 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” növbəti oyuna ciddi itkilərlə çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının XVI turunun “Turan Tovuz”la oyununa ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, qapıçı İvan Brkiç və yarımmüdafiəçi Ataa Caber zədə səbəbindən qarşıdakı matçı buraxacaq.

Xorvatiyalı qolkiper hələ də fərdi olaraq hazırlığını davam etdirir. Fələstinli orta sahə oyunçusu isə topuğundakı burxulmaya görə 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək “Neftçi” – “Turan Tovuz” görüşü saat 18:00-da başlayacaq. Qarşılaşma “Neftçi Arena”da oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43