Kateqoriyasız

“Neftçi” – “Olimpiakos” matçının biletləri sabah satışda olacaq

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Olimpiakos” oyununun biletləri sabah saat 12:00-da satışa çıxarılacaq.

Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərsiz. Kassalar saat 21:00-dək işləyəcək.

İyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43