Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən mərasim Bakı vaxtı ilə 14:00-da başlayıb. Azərbaycanı turnirində təmsil edən “Neftçi”nin də III mərhələdəki potensial rəqibi müəyyənləşib.
Təmsilçimizin “Olimpiakos”la təşkil etdiyi cüt püşk zamanı səpələnmişlər səbətində yer alıb. “Neftçi” “Olimpiakos” səddini keşərsə, növbəti mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
“Neftçi” “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək. III təsnifat mərhələsinin görüşləri isə 3-4 və 10 avqustda oynanılacaq.