“Neftçi”nin “Olimpiakos”a satdığı və icarə əsasında komandada saxlaya bildiyi Mamadu Kane Bakıdadı.
İdmanxeber.az-ın məlumatına görə, hərbi çevriliş səbəbindən vətənindən çıxa bilməyən 24 yaşlı yarımmüdafiəçi bu gün Bakıya gəlib.
O, Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununu üçün Afrikaya yollanmışdı. Sentyabrın 6-da keçirilməli olan Qvineya – Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb.