Kateqoriyasız

“Neftçi” onu göndərdiyini rəsmən açıqladı

“Neftçi” futbolçusu Bruno Teluşi ilə yollarını rəsmən ayırıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, albaniyalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. Ölkə çempionu futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Bruno Teluşi ötən ilin oktyabrında “ağ-qaralar”a keçib və 9 oyunda meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43