UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Beşiktaş”da ciddi itki var.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubunun “Tirana”ya qarşı görüşdə birbaşa qırmızı vərəqə alan futbolçusu Artur Masuaki təmsilçimizlə oyunda meydana çıxa bilməyəcək.
Fransalı oyunçunun azı iki oyun buraxacağı gözlənilir.
“Neftçi” “Beşiktaş”a qarşı ilk matçını avqustun 10-da İstanbulda keçirəcək. Tərəflər arasında cavab görüşü 17-də baş tutacaq.