UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”-“Partizan” (Serbiya) matçı T.Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
İdmanxeber.com-un məlumatına görə, “Neftçi” PFK nümayəndələrinin mərkəzi arenanın direktoru Akif İsmayılov və arenanın ot örtüyünə nəzarət edən ingiltərəli mütəxəssislərlə görüşündən sonra, oyunun T.Bəhramov adına Respublika stadionunda keçirilməsi bir daha təsdiq olunub.(klub saytı)