Kateqoriyasız

“Neftçi” – “Qəbələ”: 53-cü duel

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tur start götürəcək.

Turun son günündə “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq. Sentyabrın 27-də keçiriləcək görüş rəqiblərin 53-cü dueli olacaq.

Budəfəki görüşə qədər iki komanda arasında 52 oyun keçirilib. İndiyədək 17 qələbə qazanan “qırmızı-qaralar” 12 dəfə heç-heçə edib və 23 matçdan məğlub ayrılıb. Rəqib qapısından 65 top keçirən “Qəbələ” 73 qol buraxıb.

Premyer Liqa çərçivəsində 48-ci duelə qədər rəqiblər 47 çempionat matçında qarşılaşıb. “Qəbələ” 16 dəfə qalib gəlibsə, 9 dəfə 1 xalla kifayətlənib və 22 dəfə uduzub. 58 qola imza atan “Qəbələ” 67 top buraxıb.

26-cı dəfə “Neftçi”nin qonağı olacaq “Qəbələ” səfərdə 9 dəfə qalib gəlib. 6 heç-heçə edən meydan sahibləri 10 dəfə məğlubiyyətlə barışıb. Bu matçlarda 30 dəfə fərqlənən “qırmızı-qaralar” 36 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43