Ölkə futbolu

“Neftçi” – “Qəbələ” finalına doğru: Anşlaq olacaq!

Sabah futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.

Həlledici matçda “Qəbələ” ilə “Neftçi” üz-üzə gəlir. “Bakcell Arena”da baş tutacaq matç saat 20:00-da start götürür.

Final matçı öncəsi konsert proqramı da təşkil edilib. Tanınmış müğənni Hiss oyundan qabaq azarkeşləri öz ifası ilə əyləndirməyə çalışacaq. 

Kuboku isə meydanda hər iki komandanın formasını geyinmiş maskotlar gətirəcək.

Hər iki tərəf üçün kifayət qədər önəmli olan matça maraq yüksək səviyyədədir. Azarkeşlər mövsümün son oyununda komandalarını yalnız buraxmayacaqlar.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdulayyevin idmanxeber.az-a verdiyi məlumata görə, bu gün üçün qarşılaşmaya satılan bilet sayı 6 minə yaxındır.

Təxminən 9 min biletin satışa çıxarıldığı bildirilir. 

Sabah oyun saatına qədər bütün biletlərin tükənməsi və “Bakcell Arena”nın tribunalarının dolması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43