Ölkə futbolu

“Neftçi” – “Qəbələ” matçı gənc hakimə tapşırıldı

Topaz Premyer Liqanın 21-ci turunda keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Səbail” – “Qarabağ” görüşü FİFA referisi Əliyar Ağayevə, “Neftçi” – “Qəbələ” matçı isə gənc hakim Səbuhi Bayramova tapşırılıb.

15 mart (cümə)

16:00. “Sabah” – “Sumqayıt”
Hakimlər:
 Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Əlincə Arena

16:00. “Zirə” – “Keşlə”
Hakimlər:
 Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

16:45. “Səbail” – “Qarabağ”
Hakimlər:
 Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Bayıl Arena

19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər:
 Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Bakcell Arena


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43